Azərbaycan Ordusunun hərbi qulluqçusu Ruslan Şükür oğlu Hümmətyarov noyabrın 17-də kəskin meninqo - ensefalit diaqnozu ilə müalicə olunduğu Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında həkimlərin səyinə baxmayaraq vəfat edib.
Bu barədə SİTAT.İNFO-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!