Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı iqtisadiyyat, ticarət və enerji sahələrində Rusiya-Azərbaycan əməkdaşlığı məsələləri müzakirə edilib.