Azərbaycanda aldığı maldan və yaxud ona göstərilən xidmətdən razı qalmayan vətəndaşlarının pulunun geri ödənilməsində ciddi problemlər var.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşir bildirib.
“Geriyə ödənişlər qanunvericilik əsasında təmin edilir. Ancaq təcrübə göstərir ki, bu zaman ciddi problemlər yaranır. Hesab edirəm ki, xüsusilə nağdsız ödənişlərin geri qaytarılması zamanı yaranan problemlər barədə düşünmək lazımdır. Bununla bağlı müəyyən faizlər nəzərdə tutula bilər. Malın 14 gün və yaxud 1 ay ərzində geri qaytarılması nəzərdə tutulursa, bu, bəzən aylarla çəkir. Bu halda, faizlərin tutulması, eyni zamanda, məsuliyyətin müəyyən edilməsi nağdsız ödənişləri daha da artıra bilər”, - o deyib.