"Bakı Metropolitenində Vətən Müharibəsi qəhrəmanlarının adı çatışmır. “Xalqlar dostluğu” niyə general Polad Həşimovun adını daşımasın? “Növbəti stansiya: General Həşimov!!!
Bu milyonlarla sərnişin üçün vətənpərvərliyin təbliği olacaq. Və ya “Neftçilər”. Biz artıq 44 günlük savaşdan sonra təkcə neftçilərin ölkəsi deyilik, daha çox döyüşçülərin ölkəsiyik!"
Sitat.info xəbər verir ki, bu təklifi tanınmış jurnalist Elşad Paşasoy səsləndirib.
O qeyd edib ki, “Gənclik” Gəncliyin ümumiləşmiş obrazı Mübariz İbrahimov ola bilər:
"Başqaları da var: “Ulduz”, “ İnşaatçılar”
Hədəflərimiz yerin altında da dəyişməlidir!
Torpaq uğrunda canından keçən oğullarımızı bu ünvanda da yaşatmalıyıq!".
Seymur,
SİTAT.İNFO