"Biz torpaqlarımızı tam azad etmədən də müharibə bitə bilər": Podolyakdan istehzalı açıqlama

15:29 18 Noyabr 2022


Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podolyak müharibənin Ukraynanın bütün əraziləri hərbi yolla azad etməsindən əvvəl bitə biləcəyini səsləndirib.

O, bu fikri noyabrın 17-də ABŞ-ın baş qərargah rəisi general Mark Millinin "Ukraynanın bütün işğal olunmuş ərazilərinin, o cümlədən Krımın hərbi yolla azad edilməsi ehtimalı yaxın gələcək üçün çox aşağıdır" bəyanatını şərh edərkən bildirib.

Podolyak onlara fevralın 24-dəki açıqlamaları xatırladıb: "O zaman da deyilirdi ki, Ukraynanın müqavimət göstərmə ehtimalı sıfır faizdir. Bu, belə görünür, amma belə deyil. Bu elə müzakirə platformasıdır ki, siz hansısa hadisə barəsində mümkündür və ya çətindir deyə bilərsiniz. Amma hadisələr cəbhə xəttində baş verir, mühüm olan lazımi texnikanın çatdırılmasıdır. Ukrayna istənilən halda effektiv şəkildə irəliləyəcək”

Onun sözlərinə görə, rus işğalçıları 2014-cü ildən işğal altında olan hər hansı böyük şəhəri itirsələr, o zaman belə bir simvolun süqutu Rusiyada siyasi elita və cəmiyyət arasında dönməz proseslərə gətirib çıxaracaq.

"100% hərbi qələbə mümkündürmü? Bəlkə bir az fərqli görünəcək. Məsələn, biz Luqansk və ya Donetsk vilayətlərində irəliləyəcəyik, 8 ildir Rusiya Federasiyasının işğalı altında olan böyük şəhər, məsələn, Luqansk azad ediləcək.  Bundan sonra isə geridönməz proseslər başlayacaq – həm Rusiya Federasiyasının siyasi elitasında, həm də Rusiya cəmiyyətində. Və beləliklə, müharibə biz hər şeyi hərbi yolla azad etməmişdən əvvəl də bitə bilər. Çünki bu torpaqları Rusiyanın müaribəni uduzması ilə azad olunacaq".



Xəbər xətti