Taylandda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Yaponiyanın baş naziri Fumio Kişida və Çin sədri Si Cinpin arasında görüş keçirilib.
Sitat.info xəbər verir ki, görüşlə Yaponiya və Çin liderləri 3 ildən sonra ilk dəfə görüşüblər.
A Görüş zamanı Kişida və Xinin regional və qlobal məsələləri, o cümlədən Tayvan boğazındakı vəziyyət və iki ölkə arasında əsas diplomatik məsələlərdən biri olan Senkaku adaları məsələsini müzakirə etdiyi açıqlanıb.
Görüş zamanı baş nazir Kişida Pekinin Şərqi Çin dənizindəki Yaponiyanın nəzarətində olan Senkaku adaları ətrafında hərbi fəaliyyətləri və Tayvana təzyiqləri ilə bağlı narahatlığını Xi-yə çatdırıb, Xi isə daha əvvəl qəbul edilmiş prinsiplərə riayət edilməsinin zəruri olduğunu söyləyib.
Regional münaqişələrlə bağlı məsələlərdə ümumi anlaşmalar və fikir ayrılıqlarını düzgün idarə etmək üçün siyasi müdrikliyin göstərilməsinin vacibliyi vurğulanıb.
Kişida görüşlə bağlı açıqlamasında "Biz sıx ünsiyyət qurmaq və müxtəlif səviyyələrdə, o cümlədən liderlər səviyyəsində ikitərəfli əlaqələri inkişaf etdirmək barədə razılığa gəldik" -deyib.
Xi isə Çin və Yaponiyanın ortaq maraq və əməkdaşlıq potensialına malik olduğunu bəyan edərək, iki qonşunun yeni dövrün tələblərinə uyğun əlaqələr quracağına ümid etdiyini bildirib.
Nərgiz,
SİTAT.İNFO