"İti vəhşicəsinə döyüblər və gözlərini kor ediblər. İndi görün, necə qorxunc və iyrənc məxluqlarnan bir dünyada yaşayırıq biz. Nə mərhəmətləri var, nə vicdanları, nə də hər hansısa insani dəyərləri".
SİTAT.İNFO “bizim media”ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Heyvanların Müdafiəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov sosial şəbəkə hesabında yazıb. O bu vəhşiliyə etirazını məmurlara xitabən aşağıdakı sözlərlə qeyd edib:
"Yüksək rütbəli məmur yoldaşlar, heyvanlara qarşı ölkədə baş alıb gedən zorakılığı görün artıq. Heyvana bunu edən insanamı acıyacaq? Uşağamı acıyacaq, ya da qadınamı acıyacaq?".
Azərbaycan Heyvanların Mühafizəsi İctimai Birliyinin rəhbəri Fərid Mansurov Bizim.Media-ya açıqlamasında bu vəhşiliyin Bakıda qeydə alındığını deyib. O təəssüflə heyvanın vəziyyətinin ağır olduğunu bildirib:
"Hazırda it ultrasəs müayinəsindən keçirilir. Onun balalarının ölüb ölməməsi üçün müayinə edilir. Vəziyyəti çox ağırdır. Heyvanın gözləri çox zədəlidir. Çalışırıq, gözlərini xilas edək".
Biz də bu vəhşiliyə yox deyirik. Cinayətlərin mənbəyi heyvanlara olan münasibətlərdən qaynaqlanır, ona görə də ətrafımızı xilas edək.