Ukrayna böhranı Rusiya və Ukrayna arasında münaqişə deyil, hər şeydən əvvəl ABŞ-ın süründürməkdə maraqlı olduğu "Rusiya və Qərb arasında müharibə"dir.
Sitat.info Türkiyə mətbuatına istinadən xəbər verir ki. bu barədə cümə günü CNN Türk televiziya kanalına Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş bildirib
"Bu müharibə əslində Rusiya və Ukrayna arasında münaqişə deyil, Rusiya ilə Qərb arasında müharibədir. ABŞ və bir sıra Avropa ölkələri, Ukraynaya dəstək verməklə, bu müharibənin uzanması prosesində iştirak edirlər. Türkiyənin məqsədi münaqişənin ən tez bitməsinə nail olmaqdır, lakin bəzi insanlar bunun davam etməsi üçün səy göstərirlər", - Türkiyə prezidenti Recep Tayyip Ərdoğan-ın partiyasına mənsub olan siyasətçi deyib.
Səid İsaoğlu,
Sitat.info