Prezident İlham Əliyev A.Ə.Aslanovun Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sitat.info xəbər verir ki, sərəncamda qeyd olunur:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac-ın) İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin”.