"Prezident İbrahim Rəisi səviyyəsində loyal bəyənatlar səsləndirilməlidir ki..." - Siyasi şərhçidən REAKSİYA

14:56 21 Noyabr 2022

"İranın dini liderinin müşaviri Azərbaycanla bağlı loyal açıqlama verib və deyiblər ki, Azərbaycan bizim qardaşımızdır. Düşünmürəm ki, bunu tam səmimi qəbul etməyə ehtiyac var. Çünki, İranın regional siyasəti bəllidir və bu cür açıqlamalar daha çox yayındırıcılıq xarakteri daşıyır. Kimsə zəmanət verə bilməz ki, İranla münasibətlər normallaşandan sonra İran yenidən provokativ addımlar atmayacaq. İkinci tərəfdən İranın daxili vəziyyətini nəzərə almaq lazımdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

Onun  sözlərinə görə, İran Azərbaycanı qəbul etmir,  bunun səbəbləri də məlumdur: " Çünki, İran anlayır ki, Azərbaycanın güclənməsi Ccənubi Azərbaycanın müstəqil olması deməkdir. Amma İranda xaosun höküm sürdüyü bir zamanda Azərbaycanın damarına basmaq sərf etməz. Vilayətinin səsləndirdiyi fikirlər buna görə daha çox situativ xarakter daşıyır.  Birazdan vəziyyət dəyişərsə, İranın ritorkası da dəyişəcək ki, biz indiyə kimi bu kimi halların dəfələrlə şahidi olmuşuq".

K.Novruzov diqqətə çatdırdı ki, hələ İranın "səmimiyyətinə" reaksiya vermək üçün tezdir: " Bundan savayı bildiyiniz kimi,  İran Kürdüstana hücum edib və bu da beynəlxalq ictimayyətin İrana qarşı təzyiqlərin artması üçün bəhanə ola bilər. Belə bir vaxtda İran istəməz ki qonşuları ilə,  xüsusi ilə regional və beynəlxalq siyasi aktor olan Azərbaycanla münasibətləri pis olsun. Düşünürəm ki, Vilayətinin verdiyi açıqlama həm də bununla bağlıdır. Amma biz  olduğumuz mövqedə dayanmalıyıq və hələlik bu səmimiyyətdən əmin olmamalıyıq. Çünki, təkcə Vilayətinin səsləndirdiyi bəyənat bizim İranın xainliyini unutmağımız  üçün kifayət deyil. Düşünürəm ki, prezident İbrahim Rəisi səviyyəsində loyal bəyənatlar səsləndirilməlidir. İranın xarici işlər naziri Abdullahian Azərbaycanla münasibətlər barədə loyal bəyənatlar səsləndirməlidir ki, bizdə müəyyən təəssüratlar formalaşsın".

Səid İsaoğlu, 
Sitat.info



Xəbər xətti