"Bizim ödədiyimiz bədəl pulla, Ukraynanın ödədiyi bədəl qanla ölçülür" - Stoltenberq

16:42 21 Noyabr 2022

Şimali Atlantika Alyansı ölkələri silah ehtiyatlarının böyük hissəsini tükədiblər, bununla əlaqədar  silah istehsalını artırmaq zərurəti yaranıb. 

 NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans Kiyevə uzunmüddətli dəstək potensialını gücləndirməlidir.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, NATO-nun baş katibi  Alyans ölkələrinin Ukraynada “uzun səyahətə” hazırlaşmalı olduğunu qeyd edib. Eyni zamanda o, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin iqtisadi nəticələrinin olacağını və  o cümlədən enerji qiymətlərinin yüksələcəyini deyib.

"Biz yadda saxlamalıyıq ki, ödədiyimiz bədəl pulla ölçülür, Ukraynanın ödədiyi bədəl isə insan həyatı ilə,  qanla - həm də hər gün! Biz onları dəstəkləməyə borcluyuq", - Stoltenberq yekunlaşdırıb.
Şimali Atlantika Alyansı ölkələri Rusiya ordusunun Ukraynaya genişmiqyaslı işğalın ilk günlərindən həm hərbi, həm də humanitar yardım göstərirlər.  Ukrayna Silahlı Qüvvələri Ukraynanı rus işğalçılarından qorumaq üçün müasir silahlar alır, həmçinin xarici bazalarda təlim keçirlər. 

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti