"Putin nüfuzunu itirdi, 6 ayı qalıb..." - Rusiyalı jurnalitsdən sensasion açıqlama

16:48 21 Noyabr 2022

Rusiyalı jurnalist Mixail Zıqar hazırda Rusiya Federasiyasının hakim elitası arasında hökm sürən vəziyyətdən danışıb.

Sitat.info Ukrayna mediasına istinadən xəbər verir ki, jurnalist Xerson məğlubiyyətindən sonra Putinin nüfuzunu itirdiyini deyib. 

"Moskovadakı bütün mənbələrim razılaşır ki, hər şey dəyişib, demək olar ki, Xersondan sonra Putinə inanan yoxdur. Prezident Administrasiyasına yaxın mənbəm Putinin perspektivlərini belə qiymətləndirir: "O, artıq zəiflik göstərdi. Hər kəs onun məhv ediləcəyini düşünür. Onun cəmi 6 ayı qalıb. Putin qışa ümid bağlayır. Qarşıdan gələn qışın son dərəcə dözülməz olacağını bildirən iri rus iş adamları Ukrayna və Avropa üçün - dəhşətli olacağını bildirirlər". 

Jurnalist qeyd edir ki, Putin məğlub olsa da, ordu komandanlığı məğlubiyyəti öz üzərinə götürəcək: 

 "Demək olar ki, gec-tez hamıya müharibənin Qərb tərəfindən təşkil edildiyi, Putinin də bu tələyə atıldığı aydın olacaq. Ən pisi də odur ki, amerikalılar Rusiyanı və rusları məhv etmək üçün hər şeyi edirlər. Ona görə də Putinin məğlubiyyyətindən sonra da müharibə bitməyəcək. Guya bundan sonra ordu komandanlığı öz üzərinə götürəcək və döyüşü davam etdirəcək".

Məğrur,

Sitat.info



Xəbər xətti