"Önəmli mərkəzlərdən Rusiyaya təklif edilir ki, sülh sazişi təxminən belə olar bilər ki, Rusiya Krımdan başka bütün ərazilərdən çıxmalı, 7 illik keçid dövrü nəzərdə tutulmalıdır. Həmin 7 il ərzində Krımla bağlı danışıqlar olacaq. Bu danışıqlar Krım məsələsinin həll olunması ilə bağlı olacaq.
Eyni zamanda həmin 7 il ərzində Ukrayna NATO-ya daxil olmayacaq və bu müddət ərzində bəzi danışıqlar olacaq.
Putin bu təklifi dəyərləndirir. Bunlar elə təkliflərdir ki, Kiyev üçün məqbul deyil. Çünki Kiyev Krım məsələsinin həll olunmasını istəyir".
Bu sözləri "Xural tv"-nin efirində İsa Qəmbər deyib.
İsa Qəmbər Türkiyədə ABŞ və Rusiya nümayəndələri arasında danışıq olacağını bildirib:
"Bütün ərazilərdən çıxmaq Putin üçün faktiki məğlubiyyətdir. Krım məsələsinin açıq qalması və Rusiya ərazisi kimi də tanınmaması Rusiya üçün qəbuledilməzdir.
Proseslərin necə olacağını əvvəlcədən demək bir qədər çətindir.
Belə bir məlumat da vardır ki, Türkiyədə ABŞ-ın nümayəndələri ilə Rusiya Nümayəndələri arasında danışıqlar olacaq. Peskov bu barədə dəqiq məlumat verməsə bu görüşün olması ehtimalı var".
Məğrur,
Sitat.info