"ABŞ-ın müdafiə nazirliyi Lyod Ostin belə bir bəyənat verdi ki, biz Ukraynaya lazımi qədər hərbi yardım verəcək və qış dövründə olan problemlərini həll edəcəyik. Amerika qışda belə Rusiya ilə Ukraynanın aktiv şəkildə müharibə aparmasında maraqlıdır. Ukrayna Xersonu azad edəndən sonra Krım və Luqansk istiqamətində və Soçidə əməliyyatlar aparırlar".
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri bildirdi ki, Rusiya hər gün yüzlərlə itki verir və bu müharibəni sonlandırmalıdır:
"Əvvəl hər gün 50-60 rus əsgəri ölürdüsə, səfərbərlikdən sonra bu rəqəm orta hesabla 700-800 nəfərə çatdı. Rusiyanın itkisi böyük sürətlə qalxdı və 90 minə yaxınlaşır. Bu da böyük bir ölkənin ordusu deməkdir. Düşünürəm ki, ruslar bir yol tapıb bu müharibəni sonlandırmalıdır və Ukraynanın ərazilərini işğaldan azad etməlidirlər".
Səid İsaoğlu,
Sitat.info