Kiyev meri: “Mübaliğəsiz deyirəm, Kiyevdə vəziyyət qorxuludur”

23:36 25 Fevral 2022

Heç bir şişirtməsiz deyirəm ki, Kiyevdə vəziyyət qorxuludur.

APA-nın UNIAN-a istinadla xəbərinə görə, bunu Kiyev şəhərinin meri Vitali Kliçko sosial media hesabında yazıb.

Mer bildirib ki, bu gecə, səhərə yaxın vəziyyət çox mürəkkəb olacaq. Rusiya qüvvələri paytaxtın bir addımlığındadır. Ukrayna hərbçiləri şəhərdə diversiya qruplarını zərərsizləşdirir. Körpülərə xüsusi nəzarət olunur

 



Xəbər xətti