"İnhisarçılar xalq düşmənidir, xalqı talayır, ölkəni zəiflədirlər" - Partiya sədrindən SƏRT ÇIXIŞ

12:08 22 Noyabr 2022

"Bu yaxınlarda İqdisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidməti Azərbaycanda çay istehsal edən bütün müəssisələrin hər biri haqqında inhisarçılığa görə cinayət işi qaldırıb. Bu addımına görə İqdisadiyyat Nazirini alqışlayıram lakin bu sadəcə çayla bağlı olmamalıdır. Azərbaycanda elə bir məhsul elə bir fəaliyyət sahəsi yoxdur ki inhisarda olmasın. İqdisadiyyat Naziri bu təcrübəni bütün məhsullara, fəaliyyət sahələrinə yaymalıdır. Bu ona görə lazımdır ki, bu gün bazarda qiymətlərin od tutub yanmasının birinci səbəbi məhz inhisarçılıqdır. İnhisarçılıq korrupsiyadan da dəhşətlidir.  Korrupsiya dövlətə və vətəndaşlara dolayı yolla ziyan vururdusa, inhisarçılıq xalqa birbaşa ziyan vurur". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan  Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

Onun fikrincə, bu addımlar bütün sahələr üçün atılmalıdır: "Mən birinci dəfədir görürəm ki, Antiinhisar Komitəsi bir neçə şirkətə cinayət işi qaldırır. Bu məlumat doğrudursa Mikayıl Cabbarovu alqışlayıram. Azərbaycanda yaxın zamanlarda Antiinhisar Komitəsinin belə bir addımı görülməyib. Bu təcrübəni bütün sahərələ, xüsusən də aztəminatlı ailələrin və geniş əhali kütləsinin istifadə etdiyi gündəlik tələbat məhsullarını inhisara alanlara tətbiq etsinlər. 

İnhisarçılar xalq düşmənidir, xalqı talayır, ölkəni daxildən zəiflədir, dünyada gedən proseslərdən sui-istifadə edirlər".

Seymur Bənnayev,

SİTAT.İNFO



Xəbər xətti