“Ermənistan” blokundan olan deputat Aram Vardevanyan mandatdan imtina etmək niyyətindədir.
Sitat.info xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
“Keçən həftə bir çox müxalifət deputatları parlamentə qayıtdı, lakin Vardevanyan gəlmədi. Robert Köçəryanın keçmiş vəkili müxalifətin parlamentə qayıtmasına qarşı çıxanlar arasındadır. Vaqe Akopyan və digər fraksiya üzvləri də keçən həftə parlamentə gəlməyib, lakin öz mandatlarından imtina etmək fikrində deyillər”, - məlumatda deyilir.
/Axar.az