Rusiya üçün SON ŞANS! Belarusu müharibəyə cəlb edir

15:21 22 Noyabr 2022

Ukrayna kəşfiyyatı Moskvanın müharibənin gedişatını dəyişmək planını ictimaiyyətlə bölüşüb.

Sitat.info xəbər verir ki, İngiltərənin Daily Mail qəzetində yer alan xəbərə görə, Rusiya Belarusda yalançı bayraq əməliyyatı keçirməyə hazırlaşır.

Ukrayna MN-nin Kəşfiyyat Baş İdarəsinin hesabatına görə, Putin qüvvələri Qrodno vilayətindəki Astravets Elektrik Stansiyasını və Brestdəki infrastrukturu hədəfə almağı planlaşdırır.
 Rusiya bu əməliyyatı NATO və ya Ukraynanı ittiham edəcək şəkildə həyata keçirməyi planlaşdırır.
Bu yolla Rusiya Ukrayna və NATO-nu çətin vəziyyətə salmağa, Belarusu müharibəyə cəlb etməyə çalışacaq. Belarusun müharibəyə girməsi Ukrayna müharibəsində ikinci cəbhənin açılması deməkdir. Bəzi hərbi ekspertlər Belarusun müharibəyə girməsinin yerdə geriləyən Rusiyanın qələbə üçün son şansı olduğunu şərh edir. İddiaların mərkəzində olan obyekt Litva sərhədinə yaxın və ölkənin paytaxtı Vilnüsdən cəmi 40 kilometr aralıda yerləşir.

Nərgiz,

Sitat.info



Xəbər xətti