Rusiya Dövlət Duması dünyaya çağırış etdi: "Ukrayna rus hərbi əsirlərini edam edir"

15:26 22 Noyabr 2022

Rusiya Dövlət Duması dünya parlamentlərini rus hərbi əsirlərinin Ukrayna hərbçiləri tərəfindən edamını pisləməyə çağırıb

Sitat.info xəbər verir ki, Dövlət Duması bu gün keçirilən plenar iclasda rusiyalı hərbi əsirlərin ukraynalı millətçilər tərəfindən edam edilməsi ilə bağlı bəyanat qəbul edib. Orada deputatlar dünya parlamentlərini Kiyev rejiminin cinayətlərini pisləməyə çağırıblar.

Deputatlar qeyd ediblər ki, Kiyev rejiminin daha bir qanlı cinayətini – əsirlikdə olan rus hərbçilərinin edam edilməsi barədə xəbəri qəzəblə qəbul ediblər. Dünya dövlətlərinin parlamentləri Kiyev rejiminin cinayətlərini birmənalı şəkildə pisləməlidir,  qeyri-insani qətllərin bilavasitə günahkarlarının, eləcə də onların himayədarlarının məsuliyyətə cəlb edilməsinə kömək etməlidir.

Qeyd olunur ki, hərbi əsirlərin qəsdən öldürülməsi “Ukrayna tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Müharibə əsirləri ilə rəftar haqqında Cenevrə Konvensiyasının və beynəlxalq insan hüquqları normalarının, o cümlədən İşgəncələrə Qarşı Konvensiyanın kobud şəkildə pozulmasıdır”.

Züleyxa,

Sitat.info

 



Xəbər xətti