Yaşar Nurinin qızını kimlər incidib?

15:40 22 Noyabr 2022

Bu gün Xalq artisti Yaşar Nurinin vəfatından 10 il ötür.

Sitat.info xəbər verir ki, görkəmli sənətkarın qızı Ülkər Yaşarqızı anım günündə atası ilə bağlı xatirələrini bölüşüb. Ürək sözlərini "İnstaqram"da yazan Ü.Yaşarqızı atasının ölümündən sonra çətin günlər yaşadığını dilə gətirib:

“Atam, sənsiz 10 il! Ruhun şad olsun! Demişdin ki, gözüm arxada qalmayacaq, mənim kişi kimi iki qızım var. Sənsizlik mənə nələr öyrətdi, arxa-dayağım, həyatım, sevincim, atam! Məni çox incitdilər, amma sənin qızınam, sınmadım, sınmayacam da! Hələ qızının uğurları inşallah irəlidədir. Əbədi yaşayan Yaşar Nuri!”.

Məlumat üçün bildirək ki, Ülkər Yaşarqızı müğənnidir. O, müsahibələrində bildirib ki, atası onun bu sənətlə məşğul olmasına razı olmayıb.

/Publika.az




Xəbər xətti