Suriya məsələsində Rusiya ilə Türkiyə arasında fikir ayrılıqları var: Peskov danışdı

16:16 22 Noyabr 2022

Kreml Rusiya və Türkiyə arasında Soçi memorandumunun icrası ilə bağlı fikir ayrılıqları barədə məlumat verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, bəzi nüanslar və hətta fikir ayrılıqları iki prezident tərəfindən dəfələrlə müzakirə olunub.

Rusiya və Türkiyənin Suriya üzrə Soçi Memorandumunun həyata keçirilməsinə yanaşmalarında müəyyən fikir ayrılıqları mövcuddur. Lakin iki ölkə arasında münasibətlərin dostluq xarakteri onları açıq və konstruktiv müzakirə etməyə imkan verir.

"Allaha şükürlər olsun ki, Türkiyə ilə münasibətlərin dostluq və tərəfdaşlıq xarakteri bizə imkan verir ki, bu fikir ayrılıqlarını açıq və konstruktiv müzakirə edək”.

 Seymur,

Sitat.info

 



Xəbər xətti