Azərbaycan nefti BAHALAŞDI

10:21 23 Noyabr 2022

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.

Sitat.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,9 ABŞ dolları və ya 6,93% artaraq, 91,09 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

 

 



Xəbər xətti