Türkiyədə səfərdə olan Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvləri Ankarada Milli Düşüncə Mərkəzində olublar.
Sitat.info xəbər verir ki, Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı, Gülşən Hacıyeva Mərkəzin Başqanı Hakan Paksoy və Mərkəzin üzvləri ilə keçirilən görüşdə iki ölkə arasındakı əlaqələr, Türk Dünyası ilə bağlı fikir mübadiləsi aparılıb.
Həyatını Türk Dünyası, Turan ideologiyasına həsr etmiş böyük dövlət adamı Sadi Somuncuoğlunun qurduğu mərkəzdə AY Partiya rəhbərliyi yüksək səviyyədə qarşılanıb.
Sonda AY Partiya Başqanının hədiyyəsi Hakan Paksoya təqdim olunub, eyni zamanda Hakan Paksoyun hədiyyəsi qəbul edilib, xatirə şəkilləri çəkdirilib.
*******
Bundan başqa, Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyeva bu gün Ankarada İYİ Partiya Başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini Rıdvan Uzla bir araya gəlib.
Söhbət zamanı Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasından, Türk Dünyası ölkələrinin arasında əlaqələrin yüksələn xətt üzrə inkişafından danışılıb. Həmçinin AY Partiya və İYİ Partiyanın əməkdaşlıq etdiyi, bu əməkdaşlığın Türk Dünyası birliyinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub. İki partiyanın əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək layihələrdən söhbət açılıb.
Sonda Rıdvan Uza AY Partiya Başqanının hədiyyəsi təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
***********
Ötən gün Azərbaycan Yüksəliş Partiyası Başqanlıq Heyəti üzvləri Ankarada Doğu Türküstan Cümhuriyyəti Sürgün Hökumətinin Baş naziri Erkin Sabitlə də görüşüblər.
Başqanlıq Heyətinin üzvləri Aqil Dadaşzadə, Vasif İsmayıl, Rəşad Bakuvi, Aynur Qəzənfərqızı və Gülşən Hacıyevanın qəbul edən Erkin Sabit uyğur türklərinin tarixindən, bugünkü durumundan danışıb.
Görüşdə Türk Dünyası ölkələri arasında əlaqələrin gündən günə inkişaf etdiyi dilə gətirilib. Qeyd edilib ki, bu irəliləyiş sadəcə Türk dövlətləri arasında yox, bütövlükdə Türk Dünyası coğrafiyasında yaşayan bütün türklərin bir-biri ilə münasibətlərinə təsir etməlidir.
Sonda AY Partiya Başqanının hədiyyəsi Erkin Sabitə təqdim olunub, xatirə şəkilləri çəkdirilib.