KTMT sammitində Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.
Sitat.info xəbər verir ki, bunu KTMT Baş katibinin müavini Valeri Semerikov deyib.
“Bu gün bu vəziyyət həm nazirlər, həm də dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin nəticələri gözləyək”, - Semerikov bildirib.
O qeyd edib ki, nazirlər səviyyəsində bəyanat veriləcək.