Ağdam rayonu ərazisində naməlum insan sümükləri aşkar edilib.
“Sitat.info” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 22-də daxil olmuş məlumat əsasında polis, prokurorluq və təhlükəsizlik xidməti əməkdaşlarının iştirakı ilə işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində aparılan qazıntılar zamanı oradan insan sümükləri aşkar olunub.
Onların 1992-ci ildə öldürülərək basdırılması ehtimal olunur.
Sümüklərin kimə aid olması müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizasına təhvil verilib.