“Siyasi partiyalar haqqında” qanun müzakirə olundu - Yenilənib

13:23 23 Noyabr 2022

Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və İnsan hüquqları komitələrinin birgə iclası keçirilir. 

“Sitat.info” xəbər verir ki, iclasda “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilir. 

Müzakirələrdə həmçinin, parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri də iştirak edir. 

Qeyd edək ki, noyabrın 21-də “Siyasi partiyalar haqqında” qanun layihəsi yeni redaksiyada Milli Məclisin saytında yerləşdirilib. Qanun layihəsinin yeni redaksiyasında ilkin variantla müqayisədə bir sıra dəyişikliklər yer alıb. 

Milli Məclis tərəfindən bu ilin 26 iyul tarixində dövlət qeydiyyatına alınmış siyasi partiyalara yeni qanun layihəsi ilə bağlı təkliflərin təqdim olunması üçün müraciət edilib. Ötən müddət ərzində 50-yə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim edib.

13:17

Qanun layihəsi komitədə müzakirə olunub, Milli Məclisin plenar iclasına tövsiyə olunub.

/Qafqazinfo

 



Xəbər xətti