Türkiyədə zəlzələ zamanı gənc 3-cü mərtəbədən yıxılıb - ANBAAN VİDEO

13:34 23 Noyabr 2022

Türkiyənin Düzce vilayətində gecə saatlarında baş verən 5,9 bal gücündə zəlzələ zamanı gənclərdən biri pəncərədən yerə düşüb.

Sitat.info xəbər verir ki, görüntülər təhlükəsizlik kamerasına düşüb.

Bolu şəhərinin Cümhuriyyət küçəsində yerləşən universitet tələbəsi zəlzələ zamanı təşvişə düşüb və 3-cü mərtəbədəki evinin pəncərəsindən yıxılıb.

Tələbə ətrafdakıların müdaxiləsi ilə təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

 

 

/Baku.ws



Xəbər xətti