Konqo Demokratik Respublikasında torpaq sürüşməsi: Ölənlər var

13:56 23 Noyabr 2022

Konqo Demokratik Respublikasında güclü yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb.

Sitat.info xəbər verir ki, ölkənin şərqindəki Cənubi Kivu bölgəsi polis məmuru Pecos Menyanga, bazar ertəsi başlayan güclü yağışların bölgədə torpaq sürüşməsinə səbəb olduğunu söylədi.

Menyanqa sürüşmə nəticəsində 11 nəfərin həyatını itirdiyini, 7 nəfərdən xəbər alına bilmədiyini bildirib.

Sürüşmə nəticəsində bir çox evin yararsız hala düşdüyünü qeyd edən Menyanqa, ölənlərin sayının arta biləcəyindən narahat olduqlarını bildirib.

Qeyd edək ki, fevralın 22-də ölkənin Şimali Kivu bölgəsində baş verən sürüşmə nəticəsində 7 nəfər, mayın 21-də isə 14 nəfər torpaq sürüşməsi nəticəsində həlak olmuşdu.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti