Noyabrın 23-də Avropa Parlamenti Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb.
Sitat.info Reuters-ə istinadən yazır ki, AP müvafiq qətnaməni dəstəkləyib.
belə ki, parlamentin 575 deputatı sənədin lehinə, 8-i əleyhinə səs verib, 24-ü isə bitərəf qalıb.
Ukrayna prezidenti Vladimir Zelenski Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru kimi tanıması qərarını alqışlayıb.
“Mən Avropa Parlamentinin Rusiyanı terrorizmin sponsoru və terror vasitələrindən istifadə edən dövlət kimi tanıması qərarını alqışlayıram”, - deyə Ukrayna lideri bildirib.
O, vurğulayıb ki, Rusiya Ukraynada və dünyada uzun illər davam edən terror siyasətinə son qoymaq üçün bütün səviyyələrdə təcrid olunmalı və cavabdehlik daşımalıdır.
Nərgiz,
Sitat.info