ABŞ-ın Virciniya ştatının Çesapik şəhərindəki supermarketdə atışma baş verib. Hadisə yerinə çoxlu ilkin tibbi yardım və polis qrupları cəlb edilib.
Sitat.info xəbər verir ki, Çesapik Polisi verdiyi açıqlamada hücumu təsdiqləyib.
Hadisə yerli vaxtla saat 22:12-də baş verib. Təcavüzkar tək olub. Hadisədə 10 nəfərin həyatını itirdiyi, çoxlu sayda yaralının olduğu bildirilir. Silahlı daha sonra özünə atəş açıb.
Digər tərəfdən, ötən çərşənbə axşamı ABŞ-ın Kolorado ştatında gecə klubuna silahlı hücum nəticəsində 5 nəfər ölüb, 17 nəfər yaralanıb.
Hülya,
Sitat.info