Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi dəyişib.
Sitat.info “Sputnik Armania”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.
O bildirib ki, Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.
//Report