Ağdaşda 3 yaşlı uşaq su arxında batıb

22:22 23 Noyabr 2022

Ağdaşda 3 yaşlı uşaq su arxında batıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan SİTAT.İNFO-ya verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti