Rusiyanın Ukraynanın "Pavloqraduqol" Dövlət Müəssisəs raket hücumu nəticəsində yüzlərlə mədənçi yerin altında qalıb.
Zərbə nəticəsində mədənin elektrik enerjisi kəsilib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, mədənçiləri səthə çıxarmaq üçün xilasetmə əməliyyatı aparılır.
Mədənin səkkizinçi şaxtasında 700-ə qədər insan düşmənin raket atəşinə tutulması nəticəsində şaxtalarda qalıb.
Müstəqil Həmkarlar İttifaqının sədri Mykhailo Volynets xilasetmə əməliyyatından danışıb: "Qəzanın aradan qaldırılması planı işə salınıb. Nərdivanların köməyi ilə mədənçilər tədricən səthə çıxarılır. İnsanların ən çox olduğu yerdə su və yemək təhvil verilir.
Bundan başqa, onun sözlərinə görə, Rusiyanın raket hücumları nəticəsində “Mirnoqraduqol” Dövlət Müəssisəsinin mədənində daha 83 nəfər yerin altında qalıb.
Ventilyasiya və ventilyatorlar şləmədiyindən havasızlıq yaranıb".
Məğrur,
Sitat.info