Böyük Britaniya: İran heç vaxt nüvə silahına malik olmamalıdır

22:49 23 Noyabr 2022

Britaniyanın xarici işlər naziri Ceyms Claverly İranın nüvə proqramını daha da genişləndirdiyini bəyan edərək, “Öz xalqına daxildə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dostlarımızı və müttəfiqlərimizi təhdid edəcək” ifadəsini işlətdi.

http://Sitat.info xəbər verir ki, Claverly Twitter-dəki paylaşımında İranın nüvə proqramını daha da genişləndirdiyinə işarə edərək, bunun rejimin qlobal təhlükəsizliyə yaratdığı təhlükənin daha bir sübutu olduğunu bildirib.

Nazir: "Öz xalqına daxildə zülm edən bir rejim, şübhəsiz ki, xaricdəki dostlarımızı və müttəfiqlərimizi təhdid edəcək. İran heç vaxt nüvə silahı əldə etməməlidir". açıqlamasını verib.

E3 ölkələri İranın nüvə proqramını genişləndirmək qərarını pisləyib.

İran, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə lazımi əməkdaşlıq etmədiyi səbəbiylə onun İdarə Heyətinin verdiyi mənfi qərara cavab olaraq Fordodakı nüvə obyektində uranı 60 faiz saflıqda zənginləşdirməyə başladığını açıqlamışdı.

“E3” adı verilən İngiltərə, Fransa və Almaniya dünən İranın nüvə proqramını daha da genişləndirmək qərarını pisləyib.

Üç ölkınin ortaq açılamasında "İranın bu addımı, qlobal nüvə silahlarının yayılmamaaı aiateminə bir meydan oxumadıe." ifadəsinə yer vermişdilər. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti