Jurnalistlər üçün “EDU.AZ” platforması üzərindən onlayn təlimlər keçiriləcək

12:41 24 Noyabr 2022

Medianın İnkişafı Agentliyinin (MEDİA), Media Təhlil Mərkəzinin (MTM), “EDUAZ co” MMC-nin və “Anadolu” Agentliyinin birgə əməkdaşlığı ilə “EDU.AZ” platforması üzərindən jurnalistlər üçün onlayn təlimlərin təşkil ediləcək.

Sitat.info xəbər verir ki, “EDUAZ co” MMC şirkətinin layihə meneceri Lalə Həsənova rəqəmsal yayım platforması ilə bağlı tədbirdə layihə barədə təqdimatla çıxış edib.

O bildirib ki, jurnalistlərin peşəkarlığının artırılması, bu sahədə yeni tendensiyaların öyrənilməsi məqsədilə medianın istifadəsinə veriləcək onlayn təlim platforması daha geniş auditoriyanı əhatə edəcək, vaxta qənaət edilməsinə şərait yaradacaq, məkan və zamandan asılı olmayaraq təlimlərdən faydalanma və rahat funksionallıqdan istifadə imkanı yaradacaq.

Təlimlərin sonunda onlayn sertifikatların təqdim edilməsini nəzərdə tutan layihə təkcə media nümayəndələri üçün deyil, eyni zamanda tələbələr, müəllimlər və biznes subyektləri üçün də müxtəlif mövzuların öyrənilməsi, şəxsi inkişafın təmin edilməsi sahəsində operativ və çoxməzmunlu platformaya çevriləcək, öyrənmə və inkişaf imkanlarını artırmaq istiqamətində effektiv yerli resurs olacaq.

Daha sonra platformada təşkil edilən kurslar barədə məlumat verilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Xəbər xətti