Zelenski Rusiyanı BMT-də səsvermə hüququndan məhrum etməyə çağırıb.
Sitat.info xəbər verir ki, O, Rusiyanın veto hüququnu saxlamasını da cəfəngiyyat adlandırıb.
Zelenski deyib ki, Rusiya öz işğalçı addımı ilə bağlı BMT-də heç bir səsvermədə iştirak etməməlidir.
"BMT daxilində ədaləti bərpa etmək lazımdır, çünki Rusiya Təhlükəsizlik Şurasının işinə mane olur. Nəhayət, ədalət BMT strukturlarının öz daxilində bərpa edilməlidir: terror dövləti öz təcavüzü, terroru ilə bağlı heç bir səsvermədə iştirak etməməlidir. Müharibəni törədənin, terrora cavabdeh olanın müdaxiləsi prosesi dalana dirəyir. BMT Təhlükəsizlik Şurasının öz mandatını yerinə yetirmək cəhdinin qarşısını alır”.
Nərgiz,
SİTAT.İNFO