Astana beynəlxalq səviyyədə "ağıllı şəhər" statusu alıb

13:04 24 Noyabr 2022

“Ağıllı” şəhərlərin növbəti reytinqi açıqlanıb. Smart Centers Index (SCI 6) 6-cı dəfə dünyanın ən intellektual mərkəzlərinin reytinqini açıqlayıb. Bu reytinq müstəqil ekspertlər tərəfindən ciddi araşdırmalar və sorğular əsasında müəyyən olunur. Əsasən qlobal mərkəzlərin texnologiyalar yaratmaq, inkişaf etdirmək və tətbiq etmək sahəsində imkanları və səyləri əsasında dəyərləndirilir".

Sitat.info xəbər verir ki, bu məlumatı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz verib. 

Onun sözlərinə görə, bu il dərc edilən SCİ 6 reytinq 131 qlobal mərkəzin çoxsaylı göstəricilər  əsasında qiymətləndirilməsi və analiz edilməsi əsasında müəyyən edilib: "Bu göstəricilər də Dünya Bankı, BMT, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və s. digər tanınmış qurumlar tərəfindən aparılan araşdırmalara söykənir. Əvvəllər bu reytinqə keçmiş sovetlər birliyindən yalnız Moskva şəhəri daxil ola bilmişdi. Bu il ilk dəfə olaraq Qazaxıstanın paytaxtı Astana şəhəri da nəinki reytinqə daxil ola bilib, hətta bir çox şəhərləri üstələyib. Ümid edək gələcəkdə Bakı şəhəri də bu reytinqə daxil ola biləcək". 



Xəbər xətti