İranda daxili gərginlik davam edir. Tehran hökuməti hər nə qədər xarici düşmən obrazlarından istifadə edib milli birlik yaratmağa cəhd göstərsə də, möhvud həbslərə, edamlara yönəlik etirazlar səngimir. Bəs proseslərin sonu hara aparır? İranda rejim dəyişə bilərmi?
Sitat.info-nun suallarını cavablandıran deputat Asim Mollazadə bildirdi ki, İran tarixində xalq dəfələrlə üsyan qaldırıb və hakimiyyətin zülmünə cavab verib: " Heç bir hakimiyyət xalqın kəskin etirazına tab gətirə bilməz. Bu gün xalq azadlıq istəyir, milli hüquqlarını istəyir. Qadınlar öz hüquqlarını tələb edirlər".
A.Mollazadə vurğuladı ki, hakimiyyət bu istiqamətdə geri çəkilməsə xalqın etirazlarının qarşısı alına bilməyəcək.
Səid İsaoğlu,
Sitat.info