"İranda indiki hadisələr artıq şahın devrildiyi dövrlərdəki hadisələri xatırlatmağa başlayıb. Çünki şahın devrilmə prosesi də bir neçə gündə baş vermədi. 1978-ci ildə başlayan üsyanlar 1979-cu ilə qədər davam etdi. Nəhat şah təyyarəsinə minib ölkəni tərk etdi və bununla da siyasi quruluş dəyişdi".
Bu fikirləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya başqanının müavini Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə, indiki proses də tədricən ona bənzəyir: "İndiki hadisələr də ona bənzəyir, çünki 2 aydır dayanmadan etirazlar keçirilir. Doğrudur 1979-cu ildən bu günə qədər də etirazlar olub, amma ilk dəfədir ki, proses davamlı gedir".
Siyasi ekspert hesab edir ki, böyük ölkələrdə inqilablar 2-3 günə baş vermir: " Bu elə bir prosesdir ki, illərlə davam edə bilər. İran futbolçuları dünya çempionatında dünyanın gözü önündə öz milli himnlərini oxumağa etiraz etdilər. Bu İranın indiki iqtidarı üçün çox ciddi işartılardır. Bu üsyanlar böyüyən istiqamətdə davam etsə , mən hətta siyasi quruluşun devrilməsini real görürəm ".
Nərgiz,
SİTAT.İNFO