Regionun bütün siyasi qüvvələri Zəngəzur dəhlizinin açılmasında maraqlıdır - Siyasi şərhçi

17:02 24 Noyabr 2022

"Zəngəzur dəhlizi birmənalı şəkildə açılacaq. Dəhlizin açılmamaq kimi bir gələcəyi yoxdur. Regionun bütün siyasi qüvvələri dəhlizin açılmasında maraqlıdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu prosesi əngəlləməyə çalışan müəyyən güclər proseslərin ləng davam etməyi üçün bütün vasitələrdən yararlanmağa çalışır: " Amma məlum olan odur ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın yox, həm də Türkiyə və Rusiyanən iqtisadi manevr imkanlarını genişləndirir. Bu baxımdan Zəngəzur dəhlizinin əleyhinə aparılan bütün təbliğatlar fiaskoya düçar olacaq".

T.İsmayılovun fikrincə, yolların açılması mərhələli şəkildə baş verəcək: "İlkin prioritet məsələ dəmir yollarıdır. Bu barədə müəyyən razılaşmalar əldə edilib. Dəmiryolu məsələsində Rusiya da Ermənistanı razı salır. Hesab edirəm ki, ilkin sülh sazişi həm də Zəngəzur dəhlizinin reallaşma ehtimalını daha da sürətləndirəcək".

Məğrur Salmanov,

Sitat.info



Xəbər xətti