"Son günlər Naxçıvanda baş verən hadisələr haqqında (yoxlamalar, həbslər), Vasif Talıbovun YAP-ın tərbirinə buraxılmamsı barədə xəbərin tirajlanması bir daha Naxçıvanın muxtar respublika statusunun ləğvinə hazırlıqların sürətlənməsini deməyə əsas verir".
Bu fikri Sitat.info-ya açıqlamasımda iqtisadçı Natiq Cəfərli deyib.
O bildirib ki, Azərbaycan unitar ölkədir, inzibati-ərazi bölgüsü də bu prinsipə, yeni reallıqlara və çağırışlara görə formalaşdırılmalıdır: "Ölkənin rayonlara bölünməsi effektiv deyil, yaradılmış 14 iqtisadi rayon inzibati ərazi vahidinə çevrilməli, paralel olaraq da yerli özünüidarə forması gücləndirilməli, şəhərlərdə seçkili Mer institutu təsis edilməlidir. Naxçıvanın Xanı yox, şəhərin seçilmiş Meri olmalıdır".
Məğrur,
SİTAT.İNFO