"Hadisələr göstərir ki, Azərbaycanda hər bir cinayətkar qruplaşmasının yanında bir oliqarx var. Bu oliqarxların böyük əksəriyyəti xarici güclərə bağlıdır. Ermənilərə, ruslara, farslara və digərlərinə..."
Sitat.info xəbər verir ki, bu sözləri "Reaksiya" TV-nin efirində Cahandar Bayoğlu deyib.
O bildirib ki, bu oliqarxlar qorunmaq üçün adamlarını yüksək vəzifələrə yerləşdirirlər:
"Azərbaycana bağlı olan oliqarx və ya imkanlı şəxs görməmişik. Onların da imkanları xüsusilə xaricilər tərəfində yaradılır. Hətta bildiyiniz kimi dini qurumlar üzərində oliqarxlar var. Onlar da ticarətlə məşğuldurlar və bu ticarətə narkotik də daxildir. Onların bir qismi bu ticarətlə məşğuldurlar. Azərbaycanda hər sahə ilə məşğul olan oliqarxlar var. Bu oliqarxlar özləri Azərbaycanda qorunmaq üçün adamlarını yüksək vəzifələrə yerləşdirirlər. Onların general olması uğrunda mübarizə aparırlar. Nəticədə hər bir oliqarx Azərbaycanda özünə mini bir dövlət qurur".
Səid İsaoğlu,
Sitat.info