Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hava qüvvələri atəş nöqtələrini keçmiş Sovet xəritələri əsasında müəyyənləşdiriblər.
Məsələn, Kiyevdə Julyan aeroportunun yaxınlığındakı avtomobil qarajına bir neçə raket atılıb. Sovet dövründə orada hərbi anbar yerləşib, hazırda bir hissəsi boşdur, bir hissəsində isə avtomobil qarajları yerləşir.
Ukrayna daxili işlər nazirinin məsləhətçisi Vadim Denisenko bildirib ki, Rusiyanın hərbi obyekt deyə vurduğu 40-a yaxın nöqtədə artıq heç bir hərbi obyekt yoxdur. Onların çoxunda yaşayış evləri inşa olunub: "Buna görə də hücumun ilk günündə mülki əhali arasında ölənlər çox oldu".