Qərbi Afrika ölkəsi Qana neft məhsullarını dollar əvəzinə qızılla alacaq. Qərbi Afrika ölkəsi Qana valyuta bahalaşmasının yaratdığı inflyasiyanın qarşısını almaq üçün neft məhsullarını qızılla alacaq.
Sitat.info xəbər verir ki, Qana vitse-prezidenti Mahamudu Bawumia, Facebook hesabında verdiyi açıqlamada, yerli valyutanın ucuzlaşmasına və inflyasiyaya səbəb olduğuna görə yeni bir siyasət üzərində çalışdıqlarını deyib.
Neftə görə yaranan valyuta tələbatının onları çətin vəziyyətə saldığını bildirən Bavumia, neftin dollar əvəzinə qızıla dəyişdirilməsinin tədiyyə balansını kökündən dəyişdirəcəyini bildirib.
Nərgiz,
Sitat.info