"Qarabağdakı separatçı qurumun hərəkətlərinə baxsaq görərik ki, burada Rusiyadan gələn göstərişlər üstünlük təşkil edir, nəinki İrəvandan gələn göstərişlər".
Bu fikri hərbi ekspert Üzeyir Cəfərov Sitat.info-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, bəzi məsələlərdə biz meydanı Rusiyanın ixtiyarına buraxmışıq, onlar da separatçıların: "İndi bu vəziyyətdən sui-istifadə edirlər. Şuşaya, Ağadama, Füzuliyə açılan atəş artıq bizim heysiyyatımıza toxunur. Biz ermənilərə revanşist addımlardan əl çəkib Qarabağda sivil şəkildə yaşamağı təklif edirik, onlar isə bizə güllə atırlar. Onlar kimə arxalanıblar?".
Hərbi ekspert vurğuladı ki, xalq sülhməramlıların olduğu ərazidə ermənilərin mövcudluğu ilə barışmır: "Azərbaycanda elə bir insan yoxdur ki, desin Xocalıda bir erməni və ya rus qala bilər. Ağdərə, Xankəndi, Xocavəndlə də bağlı eyni fikir mövcuddur. Araik Artunyan da orada evcik-evcik oynayır, yığıb adamları birini xarici işlər naziri təyin edir, birini daxili işlər naziri təyin edir. Özləri üçün orada xaniman yardıblar. Onların adminstrasiyası Xersonda da var idi, nə oldu... Ölən öldü, qaçan qaçdı. Axı ora guya Rusiya ərazisi idi".
Ü.Cəfərovun fikrincə, Azərbaycan bəzi addımları sürətləndirməlidir: " İndi Xankəndi ilə bağlı da eyni vəziyyət olacaq. Onlar da deyəcəklər ki, kaş 2020-ci ildə məsələ birdəfəlik olunaydı. Biz bu gün Türkiyə, Pakistan, İsraillə bəzi məsələləri sürətləndirməliyik. Bəzi məsələlər var ki, onları gecikdirmək olmaz. Bunlar həyati əhəmiyyətli məsələlərdir. O cümlədən də Artunyan və Robenyan məsələsi. Rusiya hər nə qədər cəhdlər etsə də, bunun bir nəticəsi olmayacaq.
Məğrur,
SİTAT.İNFO