Tarixçi İlbər Ortaylı iştirak etdiyi televiziya proqramında Rusiyanın Donbass əməliyyatı ilə bağlı qiymətləndirmələr edib.
İlbər Ortaylı Ukraynanın Türkiyəyə boğazları bağlamaqla bağlı çağırışından danışaraq bildirib ki, Türkiyənin belə bir hüququ yoxdur: "Montrö konvensiyası bizim üçün çox önəmlidir.
Qara dəniz ölkələri öz limanlarına qayıtmaq şərti ilə girib-çıxır, buna donanma da daxildir. Bizim boğazları bağlamaq statusumuz yoxdur. Təbii ki, bunu hazırda hücuma məruz qalan Ukrayna deyir, amma bu mümkün deyil. Buna etməklə biz Montrö sənədini ciddi şəkildə pozmuş olarıq. Montrö ilə Türkiyəyə etibarlı mühafizəçi statusu verilib.
Xarici işlər nazirimiz də "Biz burada Montrödən istifadə edə bilmərik. Bunlar Qara dənizin tərəfləridir, heç kimin keçməsinə mane ola bilmərik" deyib.