"Sözsüz, müharibə ola bilər. Elə bir zərbə endirilə bilər ki, bir və iki istiqamətdə tam sussunlar".
Sitat.info xəbər verir ki, bu sözləri "ARB24"ə hərbi ekspert, keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib.
Sabiq korpus komandiri əlavə edib ki, Laçın koridoru onların nəzarətindədir və silahlar onların nəzarətində aparılır:
"Onlar silahları haradan alırlar? Özlərinin pulu var ki? Deməli, siz verirsiniz. Onların komandaları bizim komandanlarla görüşdə 2021-ci ilin istehsalı olan minaların necə Azərbaycan ərazisinə daxil olması soruşuldu. Azərbaycan qısa müddət ərzində koridoru bağlaya bilər. Vətən Müharibəsində bu, baş verdi və hamısı Xankəndidən qaçmağa başladılar.
Onlar elə fikirləşməsin ki, biz Bakıdan və başqa yerdən həmin əraziyə ordu yerləşdirəcəyik. Laçın koridorunun nəzarətə götürülməsi və Zəngəzur koridorunun azad olunması üçün kifayət qədər qüvvəmiz, vəsaitimiz və vasitələrimiz var".
/Baku.ws