NATO öz əsgərlərini Ukraynaya göndərmir - Stoltenberq inkar etdi

15:22 25 Noyabr 2022

"NATO personalı Qərbin texnikasına xidmət etmək üçün Ukraynaya göndərilmir. Alyans öz ərazisində ukraynalılara təlim keçir, ona görə də NATO özünü münaqişə tərəfi hesab etmir".

Sitat.info xəbər verir ki, bu sözləri bu gün NATO-nun baş katibi Yens Stoltenberq  deyib.

“NATO ölkələri artıq Ukraynaya HIMARS reaktiv yaylım atəşi sistemləri kimi bir sıra qabaqcıl sistemlər təhvil veriblər. Ancaq bu sistemlərə qulluq üçün NATO personalı Ukraynaya göndərilməyib. Qabaqcıl artilleriya sistemlərindən istifadə etmək üçün mütəxəssislərə ehtiyac yarandıqda, NATO ölkələri ukraynalılara təlim keçir. NATO personalı Ukrayna daxilində heç bir iş görmür. Ona görə də bu, NATO-nun münaqişənin tərəfi olmadığını təsdiqləyir, bizim Ukraynada heç bir qüvvəmiz və ya qoşunumuz yoxdur, lakin alyans Ukraynanı tam dəstəkləyir".

Nərgiz,

Sitat.info



Xəbər xətti