BMT-də İranda baş verənləri araşdırmaq üçün heyət yaradıldı: Tehranın cavabı SƏRT OLDU

16:04 25 Noyabr 2022

Birləşmiş Millətlər Təşkilatı İrana qarşı addımlar atılmaqdadır. BMT İnsan Haqları Şurası İranın paytaxtı Tehran da daxil olmaqla ölkə daxilində Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda insan haqlarının pozulması hallarını araşdırmaq üçün bir heyət yaradacağını açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT-nin İnsan Haqları Şurasında  “16 sentyabr 2022-ci il tarixindən etibarən İranda baş verən etirazlarla bağlı iddia edilən insan hüquqları pozuntularını araşdırmaq üçün yeni araşdırma missiyasının yaradılması qərara alınıb". 

Səsvermədə iştirak edənlərdən 25 ölkə İranda iddia edilən hüquq pozuntularının araşdırılması üçün nümayəndə heyətinin yaradılmasının lehinə səs verdiyi halda, 6 ölkə qanun layihəsinin əleyhinə səs verib, 16 ölkə isə bitərəf qalıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk deyib ki, ölkədə baş verənləri, küçələrdə öldürülən uşaqları, qadınların döyülməsi görüntülərini görmək onu kədərləndirir.

 Məlumata görə, İranın 150-dən çox qəsəbə və şəhərində keçirilən etirazlar zamanı  ən azı 440 etirazçı öldürülüb, 18 min nəfər həbs edilib.

Qərb liderləri İranı zorakılığa görə qınayıblar.

Almaniyanın xarici işlər naziri Annalena Baerbok çıxışında bütün ölkələri “məsul şəxslərin hesaba çəkilməsini” təmin etməyə çağırıb. "Cəzasızlıq ədalətə mane olur" - deyib Baerbok.

 İRANDAN BMT-NİN İNSAN HAQLARI ŞURASINA REAKSİYA

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin İnsan Haqları Şurasının İranda insan haqları pozuntularını araşdırmaq üçün araşdırma qrupu təyin etmək təklifinin yekdilliklə qəbul edilməsinə reaksiya verib.

İranın cavabı 

Xarici işlər naziri Abdullahian BMT-nin İnsan Haqları Şurasında qəbul edilən qərarla bağlı şəxsi Twitter hesabında paylaşım edib.

Abdullahiyan mesajında ​​“Səddamın İran xalqına qarşı istifadə etdiyi kimyəvi silahların əsas tədarükçüsü olan Berlin rejimi və digər fürsətçilər ədalətsiz və qeyri-insani sanksiyaları ilə illərdir insan haqlarını kobud şəkildə pozurlar" - deyə qeyd edib. 

İran xalqına qarşı daha çox insan haqları əleyhinə hərəkətlər etmək üçün insan haqları mexanizmlərindən riyakarcasına sui-istifadə edildiyini” müdafiə edən Abdullahian bütün bunların “iranlılarla yalançı “həmrəylik” adı ilə edildiyini bildirib.

Abdullahian mesajını belə davam etdirib: 

“Daha da utanc vericidir ki, onlar bunu öz dəyərsiz oyunları üçün edirlər. Bu ölkələr bilməlidir ki, qüdrətli İran insan haqlarına sadiqdir, lakin heç bir ölkənin onların daxili işlərinə qarışmasına imkan vermir”.

Nərgiz,

Sitat.info



Xəbər xətti