Gecə saatlarında paytaxt yollarında təhlükəli manevrlər edən qadınların videosu izləyənlər tərəfindən birmənalı qarşılanmayıb.
SİTAT.İNFO BAKU.WS-ə istinadən xəbər verir ki, xanımların görüntüsünü göndərən şəxslər onların yoldakı digər hərəkət iştirakçılarının həyatına təhlükə yaratdıqlarını bildiriblər.
Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb və xeyli sayda izləyicinin reaksiyasına səbəb olub.
Görüntülərdə diqqət çəkən başqa bir məqam isə avtomobilin salonundan asılan Daxili İşlər Nazirliyinin (DİN) emblemi əks olunmuş aksessuardır.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, DİN-in loqosu satışda var, istəyən alıb istifadə də bilir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin emblemindən istifadəyə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə icazə verilir. Fərmanı təqdim edirik:
Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi haqqında Əsasnamə" və "Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsviri" təsdiq edilsin (əlavə olunur).
1. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanlarının rəmzidir. O, Azərbaycan Respublikası daxili işlər orqanlarının hər bir əməkdaşına ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması üzrə öz xidməti vəzifələrini vicdanla, layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi daxili işlər orqanları əməkdaşlarının, həmçinin silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə mənsubiyyətini bildirir.
3. Azərbaycan Respublikası daxili işlər orqanlarının emblemi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin müəyyən etdiyi qaydada daxili işlər orqanlarının blanklarında, inzibati binalarının girəcəklərində, fərqlənmə və əməkdaşların fərqləndirmə nişanlarında, geyim formasında yerləşdirilir.
4. Azərbaycan Respublikası daxili işlər orqanlarının embleminin təsvirinin istifadəsinə aşağıdakı hallarda yol verilir:
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin çap məhsullarında, kino, video və fotomateriallarında;
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sifarişi ilə hazırlanan reklam-informasiya məhsullarında (prospektlər, bukletlər, təqvimlər, nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana ləvazimatları və digər məhsullar).
Görüntüləri təqdim edirik: